Naxçıvanda “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində salfet istehsalı sahəsinin yaradıb.
Lənkəranda şokolad istehsal edən müəssisəyə - KREDİT AYRILDI
FED.az xəbər verir ki, şirkətin yeni istehsal sahəsi Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş güzəştli kredit və “Ləzzət Qida Sənaye” MMC-nin vəsaiti hesabına inşa olunub. Müəssisədə artıq tikinti işləri yekunlaşıb, hazırda sınaq istehsalı və avadanlıqların tənzimlənməsi işləri aparılır.
İstehsal sahəsində yüksəkkeyfiyyətli kağız məmulatları – salfet, mətbəx dəsmalı, tualet kağızı, qutu salfetlər və digər çeşidlər istehsal olunacaqdır. Müəssisənin istehsal gücü gündə 8 ton hazır məhsul çıxarılmasına imkan verir. Türkiyənin bu sahədə aparıcı şirkətlərinə məxsus avadanlıqlar vasitəsilə istehsal olunacaq məhsullar bazar şəraiti və rəqabət mühitinə uyğun şəkildə istehlakçıya təqdim olunacaqdır.
Müəssisənin tam şəkildə işə düşməsi nəticəsində 20 nəfərlik yeni iş yerinin açılması nəzərdə tutulur.
İkin mərhələdə məhsulların daxili bazarda və Azərbaycanın digər regionlarında satışı nəzərdə tutulur, növbəti mərhələdə isə ixracın təşkil edilməsi planlaşdırılır.