Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Hacı Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumun İdarə Heyəti sədrinin müavini Aqil Əzizov qonaqlara Agentliyin idarəçiliyində olan sənaye zonalarının ümumi fəaliyyəti, görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, dağıstanlı iş adamları sənaye zonalarında yaradılmış əlverişli investisiya imkanlarından yararlananmağa dəvət edilib.
Görüşün davamı olaraq nümayəndə heyəti Parkın 10 hektar ərazisində tikintisi aparılan Azərbaycan-Rusiya Birgə Sənaye Zonasının, Parkın rezidentlərinin polad boru və polimer materialların emalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.