Şahbuz rayonunun Keçili kəndindəki “Çınqıllı” su istehsalı müəssisəsi fəaliyyətini daha müasir formada davam etdirəcək.
Naxçıvanda Xarıbülbül əkiləcək
FED.az xəbər verir ki, açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, mənbəyini kəndin səfalı dağlarından götürən saf bulaq suyu müəssisədə qatqısız və təbii şəkildə qablaşdırılır.
Qabaqcıl ölkələrin istehsalı olan avadanlıqların quraşdırıldığı müəssisənin istehsal gücü gündəlik 42 tondur. Burada 4 istehsal xəttində 8 çeşiddə, 2 növdə - şüşə və plastik qablarda təbii bulaq suyu istehsal olunur. Yüksək keyfiyyətlə qablaşdırılan məhsullar muxtar respublikanın satış və xidmət obyektlərinə, eləcə də ölkə bazarlarına çıxarılır. Müəssisədə Keçili kəndindən 10 sakin işlə təmin olunub. İlin sonuna işçi sayı 30 nəfərə çatdırılacaq.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev kənd yaşayış məntəqələrində bu cür istehsal müəssisələrinin fəaliyyətə başlamasını Naxçıvanda sosial-iqtisadi inkişafa mühüm töhfə kimi dəyərləndirib. Bu layihə çərçivəsində Naxçıvanda yüzlərlə yeni iş yerləri yaradılacaq.
Muxtar Respublikanın kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova vurğulayıb ki, yaxın günlərdə Bakı şəhərində kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgidə Naxçıvanın “Çınqıllı” suyu da öz yerini alacaq.