Çinin sənaye müəssisələri ölkədə epidemioloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması fonunda istehsalı orta hesabla 98,6% bərpa edib.
Eləcə də bax: Çində koronavirusa yoluxanların - 93%-İ SAĞALIB
FED.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnformasiyalaşma naziri Sin Qobin məlumat verib.
Onun sözlərinə görə, insanların iş yerlərinə qayıtması üzrə orta göstərici 89,9%-dir: “Kiçik və orta müəssisələrdə iş isə orta hesabla 76% bərpa edilib".
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının episentri olan Hubey əyalətində sənaye müəssilərinin yüklənməsi indi 95% təşkil edir. Müəssisələrin, təxminən, 70% əməkdaşı iş yerlərinə qayıdıb.
Report