Sənaye

"Çinar" şokoladının istehsalı bərpa olunur

"Çinar" şokoladının istehsalı bərpa olunur | FED.az
08:03 16 Yan 2019

“Gəncə Qənnadı” ASC Gəncədə “Çinar” konfetlərinin yeni çeşidinin istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə layihə ilə tanış olan mənbə məlumat verib.

FED.az xəbər verir ki, konfetlərin, həmçinin məşhur “Çinar” konfetlərinin yeni çeşidinin istehsalının təşkilini nəzərdə tutan biznes plan tərtib olunub. Bu məqsədlə Qafqaz regionunda ən iri qənnadı fabriklərinin birində istehsalın bərpası, məhsulların beynəlxalq standartlara uyğun buraxılması məqsədilə yeni avadanlığın quraşdırılması nəzərdə tutulur.

Şirkət layihəni 4,5-5 mln. dollar səviyyəsində qiymətləndirir.

Eləcə də bax: Statistika Komitəsi sənayenin vəziyyətini - AÇIQLADI

“Maliyyələşdirmə mexanizmi müzakirə mövzusudur. Layihənin reallaşdırılması müddəti bir il, xərclərin çıxarılması müddəti – 5 ildir”, - mənbə vurğulayıb.

“Gəncə Qənnadı” ASC Gəncə şəhərində yerləşir. Müəssisə 1973-cü ildə istifadəyə verilib və qənnadı məhsullarının istehsalında ixtisaslaşır. 

Digər xəbərlər