İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Çinin “Ka Shui International Holdings Ltd.” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaradılması, sənaye parklarına investisiya yatırılması imkanları müzakirə edilib.
Mikayıl Cabbarov Rusiya investorlarına Ələt Azad İqtisadi Zonasının imkanlarını - TƏKLİF EDİB
Bu barədə FED.az-a agentlikdən bildirilib.
Məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında Çin şirkətinin direktorunun müşaviri, eyni zamanda “Dragon Mining Resources Ltd.” şirkətinin direktoru Dano Çanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verilib. Sənaye zonalarının və “Ka Shui International Holdings Ltd.” şirkətinin təqdimatları nümayiş etdirilib.
Görüş çərçivəsində Parkda fəaliyyət göstərən rezidentlərlə əməkdaşlıq əlaqələrinin qurulması, “Ka Shui International Holdings Ltd.” şirkətinin maqnezium istehsalı layihəsi həyata keçirməsi imkanları müzakirə edilib.
Sonda qonaqlar Parkda görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti ilə tanış olublar.