Sumqayıt Kimya Sənaye Parkının keramik plitələr (kafel, metlax) istehsalı ilə məşğul olan rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin bu il ərzində 4 milyon kvadratmetr məhsul ixrac edəcəyi gözlənilir.
Tatarıstanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa - DƏVƏT OLUNUB
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildiriblər.
Qeyd edilib ki, ötən ilin oktyabrından fəaliyyətə başlayan “Azərbaycan Vanhong Ceramics Co.” 110 min kvadrat metr sahəni əhatə edən məhsul ixrac edib. Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə istehsal olunan məhsullar əsasən, Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana ixrac olunur.
Şirkət bu il ümumilikdə 2,2 milyon kvadrat metr keramik plitə istehsal edib. İlin sonuna kimi məhsul istehsalının həcminin 9,5 milyon kvadratmetr olacağı gözlənilir.
Xatırladaq ki, sənaye parkının 20 hektardan çox ərazisində istehsal həyata keçirən, 100 faiz Çin kapitallı müəssisənin ümumi investisiya dəyəri 85 milyon manatdan çoxdur. İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, xaricə də ixrac olunur. Hazırda “Vanhong Ceramics”in Çində 5 zavodu, dünyanın 5 ölkəsində müəssisəsi fəaliyyət göstərir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)