Ümumçin Sənaye və Kommersiya Federasiyasının icraçı sədr müavini xanım Şen Yinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasına səfər edərək Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərovla görüşüb.
Çin şirkəti 2028-ci ildən Azərbaycanda elektrik enerjisinin saxlanması üçün batareyaların yığımına başlayacaq
FED.az xəbər verir ki, görüş zamanı V. Ələsgərov ziyarətçilərə Zonada investorlar üçün yaradılmış əlverişli mühit haqqında geniş məlumat verib. Belə ki, o, Zonanın əlverişli coğrafi mövqeyi, unikal qanunvericilik bazası, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis və kommunikasiya sistemləri ilə təchiz edilmiş torpaq sahələri və investorlara təklif edilən maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında qonaqları məlumatlandırıb.
Xanım Yin öz növbəsində Zonanın strateji coğrafi mövqeyi və qanunvericilik bazası, habelə düzgün qurulmuş infrastrukturu və doğru siyasətini vurğulayaraq, bu ərazinin investorlar, xüsusilə Çin investorları üçün cəlbedici olduğunu bildirib. O qeyd edib ki, Federasiya üzvlərinin əksər hissəsi yüksək texnologiyalara əsaslanan istehsal fəaliyyəti ilə məşğuldur və ümid edir ki, bu şirkətlər təqdim edilən əlverişli üstünlüklərdən yararlanaraq öz istehsal müəssisələrini Ələtdə yaradacaqlar.