Çexiya Ələt Azad İqtisadi Zonası çərçivəsində Azərbaycanla əməkdaşlıq edə bilər.
Valeh Ələsgərov sənaye parklarının rezidentlərini – ƏLƏT AZAD İQTİSADİ ZONAYA CAĞIRIR - FOTO
FED.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik ilə görüşdə deyib.
İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialını diqqətə çatdıran nazir müavini Azərbaycan-Çexiya Qarışıq Komissiyasının bu baxımdan faydalı platforma olduğunu qeyd edib. Bu ilin mart ayında Komissiyanın Praqada keçirilən 5-ci iclası çərçivəsində təşkil edilmiş biznes konfrans və çex şirkətlərinin rəhbərləri ilə aparılmış müzakirələr işgüzar dialoqun inkişafına töhfə verib.
Bildirilib ki, ölkələr arasında investisiya, ticarət, sənaye, innovasiya, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı, çex şirkətləri ilə Azərbaycanda mövcud olan sənaye zonaları çərçivəsində əməkdaşlıq edilə bilər.
Yan Kubik Azərbaycan-Çexiya faydalı əməkdaşlığını qeyd edərək, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. Dostluq qrupunun rəhbəri sənaye, o cümlədən avtomobil sənayesi, nəqliyyat-tranzit və digər istiqamətlərdə tərəfdaşlıq üçün geniş imkanları diqqətə çatdırıb. Çexiyada Azərbaycanla əməkdaşlıqda maraqlı olan şirkətlərin fəaliyyət istiqamətləri barədə danışıb.
Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib, Çexiya şirkətləri Azərbaycana, o cümlədən Qarabağa investisiya yatırmağa dəvət edilib.