Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında İtaliyanın "İveco" markalı avtomobilləri üçün servis mərkəzinin yaradılmasına dair layihə işləri başa çatıb.
"Araz Vadisi İqtisadi Zonası"nın rezidenti iyulda - Fəaliyyətə Başlaya Bilər
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev bildirib.
"Tezliklə mərkəzin inşasına başlanılacaq", - deyə o qeyd edib.
Sədr həmçinin əlavə edib ki, Ağdam Sənaye Parkında da bir neçə layihə ilə bağlı müraciətlərə baxılır.
Xatırladaq ki, ötən il Sumqayıt Kimya Sənaye Parkında rezident kimi qeydə alınmış “Az-Tex-Import” MMC 3 hektar ərazidə İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “İveco" markalı yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalını planlaşdırır. İnvestisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək. (Report)