Banner

Sənaye

BVF Azərbaycan üçün neftin “zərərsiz” qiymətini - AÇIQLAYIB

BVF Azərbaycan üçün neftin “zərərsiz” qiymətini - AÇIQLAYIB | FED.az
16:43 29 Aprel 2019

2019-cu ildə Azərbaycan üçün 1 barel neftin fiskal “zərərsiz” qiyməti (fiscal breakeven oil price) 50,6 dollar, 2020-ci ildə 48,2 dollar təşkil edəcək.

FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional icmalında qeyd olunub.

İcmalda bildirilir ki, 2018-ci ildə bu göstərici 61,1 dollar təşkil edib.

BVF gözləyir ki, cari ildə Azərbaycanda 1 barel neftin xarici ticarətdə zərərsiz qiyməti (external breakeven oil price) 55,7 dollar, 2020-ci ildə isə  60,3 dollar (2018-ci ildə 67 dolar) təşkil edəcək.

Fond 2019-cu ildə Azərbaycandan neft ixracının sutkada 0,74 mln. barelədək (2018-ci ildə 0,75 mln.), 2020-ci ildə isə 0,72 mln. barelədək azalacağını proqnozlaşdırır.

2019-cu il dövlət büdcəsində neftin 1 barelinin qiyməti 60 dollardan hesablanıb.

Eləcə də bax: "Bu, neft bazarları üçün - QİYAMƏT GÜNÜ OLA BİLƏR"

©Marja

Digər xəbərlər

Banner