Pirallahı Sənaye Parkının ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib.
Azərbaycanda sənaye istehsalı 2%-dən çox azalıb
Bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Qeyd edilib ki, Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında investisiya həcmi 129 milyon manata yaxın olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 56 milyon manata yaxın investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb.
Pirallahı Sənaye Parkında indiyədək 70 milyon manatlıq məhsul istehsal edilib. O cümlədən cari ilin I yarısında Parkda 8,6 milyon manatlıq məhsul istehsal edilib ki, bu də ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 15% çoxdur.
Qeyd edək ki, Pirallahı Sənaye Parkı dövlət başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Park 30 hektar ərazini əhatə edir. Parkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib.