Cari ildə ölkədəki sənaye zonalarında 300 milyon manat dəyərində müəssisələr fəaliyyətə başlayacaq 3 min yeni iş yeri yaradılacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinə və qarşıda duran vəzifələrinə həsr olunmuş mətbuat konfransında deyib.
"Bununla yanaşı, Mingəçevirdə dəyəri 153 milyon manat olan tekstil müəssisəsinin təməl qoyması planlaşdırılır. Burada da 2 min 300-ə yaxın yeni iş yerlərinin açılması gözlənilir. 2026-cı ildə ölkənin sənayesinin dayanıqlı və rəqabətə davamlı olması istiqamətində işlərimizi davam edəcəyik.











