Cari ildə sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması və 2 müəssisənin təməlqoyması planlaşdırılır.
Azərbaycanın sənaye zonalarında istehsal olunan mallar - DÜNYADA 70 ÖLKƏYƏ SATILIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinə və qarşıda duran vəzifələrinə həsr olunmuş mətbuat konfransında deyib.
"Artıq yanvar ayında cənab Prezident Sumqayıt Sənaye Parkında iki müəssisənin açılışını edib, bir müəssisənin təməlini qoyub. Dövlət başçısının sənaye zonalarının inkişafına göstərdiyi diqqət və dəstək bu sahənin ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən olduğunu bir daha təsdiq edir", - deyə sədr əlavə edib.











