Bu ilin yanvar-fevral aylarında “AzerGold” QSC 22,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Eləcə də bax: "AzerGold" indiyədək satışlardan - 563 Mln. Manat Qazanıb
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 milyon ABŞ dolları və yaxud 64,03 % çoxdur.
Xatırladaq ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində “AzerGold” xarici ölkələrə 13,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. (Report)