Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (AAM – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator - İF)Azərbaycanda Zəfər və Gilar yataqlarında filiz hasilatı üün zəruri olan $10 milyon dəyərində avadanlıq alır.
"Anglo Asian Mining" Azərbaycanda yeni yataqda qızılın həcminin artacağını - AÇIQLAYIB
FED.az şirkətə istinadən məlumat verir ki, AAM Zəfər və Gilar mədənlərində istehsal üçün zəruri olan əsas avadanlıq üçün sifarişlər yerləşdirib. Avadanlığa “Caterpillar”dan yeraltı park və “Epiroc”dan qazma texnikası daxildir. Avadanlığın ümumi dəyəri təxminən $10 milyon təşkil edir, bunun 40%-i şirkətin mövcud pul ehtiyatları, qalan 60%-i isə tədarükçülər tərəfindən maliyyələşmə hesabına ödəniləcək.
“Yeni avadanlıq bu il iki yeni yeraltı mədənin açılması ilə şirkətin dağ-mədən və emal əməliyyatlarını genişləndirmək məqsədilə istifadə olunacaq. Bu, orta səviyyəli dağ-mədən şirkəti olmaq üçün ortamüddətli inkişaf səylərimizə doğru vacib addımdır və mis hasilatı sahəsində imkanlarımızı xeyli genişləndirir”, - məlumatda şirkətin vitse-prezidenti Stiven Vestxedin sözlərindən sitat gətirilir.
Həmçinin, AAM-dən bəyan edilib ki, 13 fevral 2022-ci ildə yeni Zəfər mis-qızıl yatağında yeraltı mədən üçün «Dağ işlərinin ilkin tədqiqatı» tamamlanıb və burada iki şaxtanın işlənib tikintisinə başlanılıb.
“Dağ işlərinin tədqiqatına geotexniki şərtlərin, hasilatın optimal üsullarının icmalı, dağ işlərinin planlaşdırılması və layihələndirilməsi daxildir. 2023-cü ilin 4-cü rübündə yatağın işlənilməsinə başalmaq plnalaşdırılır”, - məlumatda deyilir.
2021-c ildə Gədəbəy müqavilə sahəsində “Zəfər” mis-qızıl yatağının aşkar edilməsi barədə məlumat verilib. Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Yatağın JORC kodeksi üzrə ehtiyatları 28 min ton mis, 73 min unsiya qızıl və 36 min ton sink həcmində qiymətləndirilir. Layihə ilə tərkibində mis ekvivalenti 0,5% olduğu halda illik 700 min ton pik səviyyədə hasilat nəzərdə tutulur.
Hazırda "Anglo Asian Mining" “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qızıl, gümüş və mis hasil edir. Hasilatın ən böyük həcmi “Gədəbəy” müqavilə sahəsinin payına düşür. Bu il Vejnəli, Gilar və Zəfər yataqlarından hasilata başlamaq planlaşdırılır.
Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. (İnterfaks-Azərbaycan)