BP-nin rəhbəri Robert Dadli şirkətin rəhbəri vəzifəsindən ayrılacağını, lakin direktorlar şurası tərəfindən müvafiq qərarın hələlik olmadığını açıqlayıb.
Eləcə də bax:Azərbaycan Portuqaliyaya 3 ən iri neft ixracatçısından biri olub
FED.az "Report"-a istinadən xəbər verir ki, bu barədə R.Dadli "Rusiya energetika həftəsi-2019" beynəlxalq forumu çərçivəsində jurnalistlərə bildirib.
Jurnalistlərin BP-dən ayrılıb-ayrılmayacağı ilə bağlı sualını cavablandırarkən Dadli deyib: "Bəli, bu, doğrudur. Tez-tez, təxminən, 65 yaşım olanda vəzifədən ayrılacağımı söyləyirdim. Odur ki, bunda xəbərlik bir şey yoxdur. Ancaq hələlik bu mövzuda direktorlar şurasının qərarı yoxdur”.
Bununla belə, R.Dadli BP rəhbəri vəzifəsindən ayrıldıqdan sonra nə edəcəyini açıqlamayıb.
Daha əvvəl "Sky News" telekanalı Britaniyanın biznes dairələrindəki mənbələrinə istinadən R.Dadlinin bu il ərzində vəzifəsini tərk edə biləcəyini məlumat vermişdi.