Sənaye

BP havaya görə Xəzərdə işlərini dayandırmayacaq - AÇIQLAMA

BP havaya görə Xəzərdə işlərini dayandırmayacaq - AÇIQLAMA | FED.az
16:32 16 Yan 2019

BP şirkətinin güclü küləklə əlaqədar neft-qaz hasilatı, ixracı və qazma əməliyyatlarını dayandırmaq planı yoxdur.

FED.az xəbər verir ki, bu barədə "BP Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilib ki, BP şirkətinin hər hava şəraiti üçün müvafiq təhlükəsizlik qaydaları və prosedurları mövcuddur. Bu qaydalar əsasında şirkət gözlənilən hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirir. Açıq havada (quruda və dənizdə yerləşən əməliyyat sahələri daxil olmaqla) küləyin təhlükə yarada biləcəyi bütün işlərin, o cümlədən ağır yüklərin və əşyaların hündürlüyə qaldırılması, kran işləri və sair işlərin qarşıdakı günlərdə gözlənilən hava şəraitindən asılı olaraq dayandırılması planlaşdırılır.

Eləcə də bax: SOCAR hərəkətə keçib - 1700-dən çox neftçi təxliyə ediləcək

“Eyni zamanda, qeyd etmək istərdik ki, şirkət operativ idarəetmə qrupu hava şəraitini mütəmadi olaraq müşahidə edəcək və şəraitdən asılı olaraq zərurət yarandığı hallarda təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək. Güclü küləklə əlaqədar şirkətin neft və qaz hasilatı, ixracı və qazma əməliyyatlarını dayandırmaq planı yoxdur”.

Digər xəbərlər

Banner