“NB Satınalma və Ticarət” MMC tərəfindən Gəncədə böyük tikinti materialları istehsalı kompleksi tikilir.
FED.az xəbər verir ki, kompleksə, illik istehsal gücü 3 milyon kvadratmetr olan süni mərmər və qranit, 60 min ton quru inşaat materialları qarışıqları olan süni mərmər və qranit, tikinti qarışıqları, metlax və sair tikinti materialları zavodları daxildir.
“NB Satınalma və Ticarət” MMC zavodları 2019-cu ilin birinci yarımilliyində istifadəyə verməyi nəzərdə tuturdu. Lakin işlər uzanır. Gəncə şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, 54 hektar ərazidə yerləşən zavodların tikintisi sürətləndirilib. Layihənin ümumi investisiya dəyəri 46,5 milyon manatdır.