Böyük Britaniyanın “GE Oil and Gas UK Limited” neft-servis şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd edilib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu Nizami ev 90A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkət neft və qaz sənayesində qazma və hasilat üçün xidmətlər təklif edir.
ELƏCƏ DƏ BAX: Amerika neft nəhəngi Azərbaycanı tərk edir