Gürcüstanın “Borjomi” mineral su zavodunun 400-dək işçisi tammiqyaslı tətil elan edib.
Eləcə də bax: Rusiyaya məxsus şirkətin səhmləri Gürcüstan hökumətinə - VERİLİR
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Aqrar Ticarət Birliyinin rəhbəri Giorgi Diasamidze yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, səhər saat 06:00-dan etibarən “Borjomi”nin hər iki zavodu fəaliyyətini dayandırıb, 400-dək işçisi tətil elan edib.
Giorgi Diasamidzenin sözlərinə görə, işçilərin əsas tələbləri daha əvvəl işdən azad edilən 50-dək əməkdaşın işə bərpası, əməkhaqqının 25% artırılmasıdır.
Zavod rəhbərliyi ilə işçilər arasında müzakirələrin hələ ki nəticəsiz qaldığı bildirilib.
İşçilər tələbləri qəbul edilənədək tətili davam etdirəcəklərini bildiriblər. (Apa)