İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən Bolqarıstanın “Caspian Lubricants Recycling” şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olması ilə əlaqar şəhadətnamə təqdim edilib.
FED.az xəbər verir ki, şəhadətnamə Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda təqdim edilib.
Bununla da sənaye parkının rezidentlərinin sayı 41-ə çatıb. Şirkət sənaye parkının 2 hektar ərazisində istifadə olunmuş mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının istehsalı layihəsini həyata keçirəcək. Layihənin investisiya dəyəri 13,1 milyon manat təşkil edir. Müəssisədə 54 nəfərlik daimi iş yeri yaradılacaq. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixracı da nəzərdə tutulur. (Report)