Sənaye

"Boeing" 737 MAX-ların istehsalı da dayandırılır

"Boeing" 737 MAX-ların istehsalı da dayandırılır | FED.az
07:58 15 Mart 2019

"Boeing" şirkəti Efiopiyada "737 MAX" modelli təyyarənin qəzaya uğraması səbəbindən bu model təyyarələrin tədarükünü dayandırır.

FED.az xəbər verir ki, "Reuters"in məlumatına görə, bu qərar ABŞ Federal Aviasiya İdarəsinin "Boeing 737 MAX" laynerlərinin ölkənin hava məkanında uçuşunun dayandırlması barədə bəyanatından sonra qəbul edilib.

Eləcə də bax: Tramp da "Boeing"ləri qadağan etdi

Qeyd edək kli, "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX 8" təyyarəsi martın 10-u Efiopiyada qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. 2018-ci ilin oktyabr ayında İndoneziyada eyni model təyyarə qəzaya uğrayıb və 189 nəfər həlak olubş. Efiopiyadakı qəzadan sonra dünyanın bir çox ölkəsi "Boeing 737 MAX" təyyarələrindən istifadəni dayandırıb.

Digər xəbərlər

Banner