2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 28,2 faiz artaraq 578,2 milyon manat təşkil etmişdir.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, hörmə üçün hazır beton qarışığının istehsalı 90,9 faiz, sementin istehsalı 21,1 faiz, tikinti kərpicinin istehsalı 7,4 faiz artmış, tikinti əhənginin istehsalı 1,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 29,6 faiz, tikinti gipsinin istehsalı 50,9 faiz azalmışdır.
ELƏCƏ DƏ BAX: Özəldə işləyənlər dövlətdə işləyənlərdən 60% çox maaş alır
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-noyabr aylarında 661,5 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesində 16,3 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində 24,9 faiz azalma müşahidə olunmuşdur.
Yanvar-noyabr ayları ərzində sahə üzrə 280,1 min ton (28,9 faiz çox) armatur, 698,7 ton (8,1 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1 326,3 ton (9,8 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal edilmişdir.