Türkiyənin “Baykar” şirkəti 18 ölkə ilə yeni ixracat anlaşması imzalayıb.
1 milyon dollar kapital ilə “Bayraktar Teknoloji Azərbaycan” şirkəti - YARADILDI
FED.az xəbər verir ki, bu barədə şirkətin rəsmi tviter hesabında paylaşım edilib.
Bildirilir ki, “Baykar” 2022-ci ildə istehsal etdiyi məhsulların ixracatından 1,18 milyard dollar gəlir əldə edib.
Məlumata əsasən, şirkətin gəlirlərinin 99,3 faizini ixrac təşkil edir.
Qeyd edilir ki, son bir il ərzində 18 yeni ölkə ilə ixrac müqaviləsi imzalanıb və ümumilikdə “Baykar” PUA xəttinə maraq göstərən dövlətlərin sayı 27-yə çatıb. (Trend)