İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC-nin Balaxanı Sənaye Parkında 25-ci rezident qeydiyyatdan keçib.
FED.az şirkətə istinadən xəbər verir ki, bu, "Eko Step Baku" MMC-dir.
Yeni rezident tullantı şinlərdən rezin döşəmə istehsalı və satışı ilə məşğul olacaq. Şirkət ildə təxminən 300 ton məhsul istehsal etməyi planlaşdırır.
Təkrar emal nəticəsində əldə olunacaq müxtəlif ölçüdə rezin örtüklər uşaq, oyun meydançalarında, idman meydançalarında, fərdi evlərin həyətyanı sahələrində, parkinqlərdə, səkilərdə, piyada keçidlərində, hovuz ətraflarında və.s yerlərdə istifadə ediləcək. Bu fəaliyyət hər il təbiətə atılan böyük həcmdə tullantını təkrar emala cəlb edərək, ətraf mühitin mühafizəsinə və yaşıl iqtisadiyyata töhfə verəcək. (Report)