Azərbaycanda qida məhsullarının istehsalı, qablaşdırılması və satışını həyata keçirən “Balacans Agro Food” MMC-nin nizamnamə kapitalı artırılıb.
Hacıqabul Sənaye Məhəlləsində - İLK İXRAC
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Balacans Agro Food”un nizamnamə kapitalı 1 449 000 manat və ya 11.5% artırılmaqla 14 008 217 manata çatdırılıb.
“Balacans Agro Food” MMC 2011-ci ildə təsis edilib. Şirkət qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və s.), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir.