"Nyu Sfera" şirkətlər qrupunun sahibi və rəhbəri İman Nəsrulla oğlu Quliyev Azərbaycanda qara metallar bazarının inhisarçı subyekti olan "Baku Steel Company" (BSC) MMC-ə nəzarət etməyə başlayıb. FED.az «Turan»a istinadən xəbər verir ki, bu nəzarət "Politon" MMC vasitəsilə həyata keçirilir.
Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev yaxın vaxtlardan yarandığı gündən BSC-nin payçıları sırasına daxil olan "Politon" şirkətinə rəhbərlik edir. Şirkət 2009-cı ilin iyun ayında təsis edilib. Elə o zaman İqtisadiyyat Nazirliyi onların BSC-də 50% pay iştirakını əldə etməyə razılıq verib. Dünyanın aparıcı analitik nəşrləri və beynəlxalq təşkilatlar (Bloomberg, OECD və s.) qeyd edirlər ki, BSC "Politon"-un nəzarətindədir.
"Politon" MMC-nin hüquqi ünvanı: Bakı, S.Rüstəm küçəsi, 9. Müəyyən müddət şirkətin rəhbəri Əşrəf Kamilov olub. Rəsmi məlumatlara görə, Ə.Kamilov Azərbaycanın azı 2 aparıcı holdinqinin - "Synergy Group" MMC və "Akkord Tikinti-Sənaye İnvestisiya Korporasiyası"nın nəzarət edən tərəfidir.
"Baku Steel Company" MMC "Baku Steel Company" ofşor şirkətinin (Men adası, Britaniya) Azərbaycanın üç şirkətinindəki ("Bakelektroqaynaq" ASC, "Bakı Oksigen Kompani" ASC və "Azərtəkrarqarametal" ASC) səhm kapitalının birləşdirilməsi yolu ilə yaradılıb.
BSC-nin istehsal gücü ildə 1,1mln. ton metal məhsuludur.
Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev "Nyu Sfera Turism" və "Nyu Sfera Nəqliyyat" şirkətlərinə rəhbərlik edir. "Nyu Sfera şirkətlər qrupu" MMC 1992-ci ildən fəaliyyət göstərir. Ora həmçinin "Nyu Sfera İnşaat" MMC, "Nyu Sfera Art", "Nyu Sfera Ticarət" də daxildir. Qrupa "Xalqlar Dostluğu" ticarət mərkəzi, İsmayıllı rayonunda "Green House" turizm mərkəzi, Bakıda dörd şadlıq sarayı və restoran daxildir. İman Quliyev həmçinin Ukraynada unüyüdən kompleks inşa edib.