Azərbaycanın ən böyük sənaye müəssisələrindən biri, polad məmulatlarının istehsalı sahəsinin lideri olan «Baku Steel Company»nin ixracı kəskin artıb.
Azərbaycanda ilk dəfə: “Baku Steel Company” QSC - ABŞ-A BORU İXRACINA BAŞLADI
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 4 ayının nəticələrinə görə, şirkət xaricə 22,3 milyon dollarlıq məhsul ixrac edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artım deməkdir. Xatırladaq ki, 2022-ci ildin ilk 4 ayında «Baku Steel Company»nin xaricə ixracı 8,3 milyon dollar olmuşdu.
Xatırladaq ki, şirkət 2021-ci ildə 45,6 milyon dollar, 2022-ci ildə isə 44,5 milyon dollarlıq məhsul ixrac edib.