2024-cü ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 31,2 milyard manat təşkil edib.
Azərbaycanda yeni zavod, 4,5 milyon manat yatırım - YENİ İŞ YERLƏRİ
FED.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, sənaye məhsulunun 76,6 faizi mədənçıxarma, 20,4 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarının payına düşüb.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2024-cü il vəziyyətinə 446,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 46,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.