2-4 noyabr tarixlərində Bakıda 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və "Beauty Azerbaijan" sərgiləri keçiriləcək.
FED.az xəbər verir ki, “Caspian Event Organisers”dən verilən məlumata görə, sərgilərə 14 ölkədən ümumilikdə 100 şirkət qatılacaq.
“Medinex” sərgisi sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaq.
İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. ölkələr yer alır.
Sərgi çərçivəsində ekspert və mütəxəssislərin iştirakı ilə sessiyalar, panel müzakirələr, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlər və digər tədbirlər təşkil ediləcək.