Bu tədris ili üçün cəmi 2500 məktəbli forması satılıb.
FED.az xəbər verir ki, bunu “Bakı Tikiş Evi”nin (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
E.Əzimov deyib ki, tədrisin bərpa olunmasına baxmayaraq, məktəbli formalarının satışı çox aşağıdır:
“Təsəvvür edin, dünən cəmi 5 forma satmışıq. Alıcılıq qabiliyyəti olduqca aşağıdır”.
BTE rəsmisi qeyd edib ki, kifayət qədər ehtiyat formalar var və qiymətlərdə hər hansı dəyişiklik nəzərdə tutulmayıb.