“Bakı Neft Mədən Avadanlıqları” ASC 2021-ci ili 6 min 466 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 46 min 55 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bakı Neft Mədən Avadanlıqları”nın xalis mənfəəti 7 dəfədən çox azalıb.
FED.az ASC-nin 2021-ci il dekabrın 31-nə olan maliyyə hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə satışdan gəlirlər 1 milyon 48 min 756 manat ikən, 2021-ci ildə 897 min 48 manata düşüb (əsas əməliyyat gəliri 22% azalıb).
31 Dekabr 2021-ci il tarixində “Bakı Neft Mədən Avadanlıqları” ASC 1 milyon 638 min 69 manat cəmi aktivlərə malik olub.