"Bakı Gəmiqayırma Zavodu" MMC-də pay strukturu dəyişib.
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) “Bakı Gəmiqayırma Zavodu” MMC-də pay iştirakının yeni strukturunu açıqlayıb.
Eləcə də bax: "Bakı Gəmiqayırma Zavodu"nda - 6 YENİ GƏMİ TİKİLİR
FED.az xəbər verir ki, məlumata görə, AİŞ-in iştirak payı 25%-dən 8,95%-ə düşüb.
Dəyişikliklərdən sonra, SOCAR (Dövlət Neft Şirkəti) törəmə ofşor şirkəti olan “Mercury Investment & Holdings LTD” (Men adası) vasitəsilə gəmiqayırma zavodunda 57,94% və birbaşa 29.53% paya malikdir. Bakı Gəmiqayırma Zavodu” MMC-də pay iştirakının 3,58%-i Sinqapurun "Keppel Construction" şirkətinə məxsusdur.
"Bakı Gəmiqayırma Zavodu" Azərbaycanda və digər Xəzəryanı ölkələrdə yeni gəmi tikintisinə olan tələbatı təmin etmək üçün yeni gəmilərin və iri tonnajlı tankerlərin tikintisi və təmiri üzrə zavoddur.
Layihənin dəyəri 470 milyon dollardır (160 milyon dolları əsas və 310 milyon dolları borc kapitalı).
Turan