«Bakı-ƏT» ASC 2017-ci il üçün maliyyəm nəticələrini açıqlayıb.
FED.az “Bakı-ƏT” ASC-in hesabatına əsasən xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 207 min 948 manat, satışın maya dəyəri isə 283 min 263 manat olub. Sonda ümumi zərər hesabat dövründə 75 min 320 manat təşkil edib. Qeyd edək ki, şirkətin 2016-cı ildə ümumi mənfəəti 30 min 834 manat olub.
Şirkətin 2017-ci ildə sair əməliyyat gəlirləri 84 min 436 manat olduğu halda, 2016-cı ildə bu göstərici olmayıb.
Yekunda şirkətin hesabat dövründə xalis zərəri 34 min 696 manat , 2016-cı ildə isə 13 min 108 manat olub.
FED.az Bakı -ƏT” ASC-in “Balans” hesabatına istinadən bildirir ki, şirkətin hesabat dövründə cəmi aktivləri ötən il nəzərən 7,46% azalaraq 263 min 920 manat, cəmi kapital isə 2,51 dəfə azalaraq 23 mln 43 min manta enib.