2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 993 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 2 228 ədəd və ya 3,2 dəfə azdır.
2023-cü ilin yanvar-avqust aylarında 3 221 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 3,5 dəfə artaraq 1 623 ədəd təşkil edib.