Banner

Sənaye

«Azərsun»un müəssisəsində yanğın olub – AÇIQLAMA

«Azərsun»un müəssisəsində yanğın olub – AÇIQLAMA | FED.az
07:59 20 May 2019

Sumqayıtda karton kombinatında yanğın baş verib.

FED.az xəbər verir ki, yanğın Bakı-Quba yolunun 45-ci kilometrliyində Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Kağız və Karton İstehsalat Kombinatında qeydə alınıb.

Eləcə də bax: Bakıda məşhur market yandı – YARALILAR VAR

Ümumi sahəsi 5000 kvadratmetr olan kombinatın 500 kvadratmetr ərazidə yerləşən istehsal sahələrindən birində 200 kvadratmetr ərazidə karton məmulatları yanıb.

Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb, araşdırma aparılır.

Qeyd edək ki, sözügedən müəssisə «Azərsun Holdinq»ə məxsusudur və 2014-cü ildə  «Azərsun Sənaye Parkı»nın nəzdində fəaliyyət göstərir. Kombinatın illik emal gücü 50 min tondur.

 

Mənbə: ONA, FED.az

Digər xəbərlər

Banner