"Hamıız bilirik ki, hazırda ölkələr arasında istehsalat və texnologiya sahəsində ciddi rəqabət mövcuddur.
«Pencəyimi də satmalı olsam, maaşları ləngitmərəm»
Biz də bu yenilikləri Azərbaycanda tətbiq etmək üçün mütəmadi olaraq məsul dövlət qurumları ilə yaxından çalışmalıyıq».
FED.az xəbər verir ki, bu barədə «Azərsun Holdinq» şirkətlər qrupunun prezidenti Abdulbari Gözəl Bakıda Sahibkarlar Günü münasibətilə keçirilən tədbirdə bildirib.
İş adamı bildirib ki, ölkədə hüquqi bazanın inkişaf etdirilməsi lazımdır: «Bəzən səmərəli olmayan və iş adamlarının fəaliyyətini yavaşıdan qanunvericilik bazası sadələşdirilməlidir».
«Azərsun Holdinq»in rəhbəri bununla bağlı dövlət qurumları və sahibkarların iştirakı ilə işçi qrupun yaradılmasını təklif edib: «Təklif edirəm ki, sadaladığım məsələlərin təcili şəkildə həlli üçün iqtisadi məsələlərlə məşğul olan dövlət qurumları və Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə işçi qrup yaradılsın»-deyə o bildirib.
Ölkənin ən böyük biznes maliyyə qruplarından biri olan və iqtisadiyyatın müxtəlif sahələrində biznesi olan «Azərsun Holdinq» rəhbərliyinin bu təklifi maraq doğurub.
Çıxışdan sonra FED.az-a açıqlama verən A.Gözəl şirkətin hər hansı xüsusi probleminin olmadığını, sadəcə bəzən müzakirələrin aparılması üçün işçi qrup yaradılmasını təklif etdiyini bildirib.