“Bakı Qida və Yağ Fabriki” MMC-nin nizamnamə kapitalı 2 milyon 529 min 564 manat azaldılır.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Bakı Qida və Yağ Fabriki” MMC nizamnamə kapitalının 8 440 723.65 manatdan 5 911 159.91 manatadək azaldığını elan edir.
Eləcə də bax: KOBİA-nın şirkətinin nizamnamə kapitalı yenidən - Artırılıb
Kreditorlar bir ay ərzində öz tələblərini AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, 92 “A” ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Bakı Qida və Yağ Fabriki” “Azərsun Holdinq” şirkətlər qrupuna daxildir. “Bakı Yağ Fabriki” “Teksun”, “Final”, “Super Sun”, “Paşa”, “Aysun” yağlarını istehsal edir.