“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, müşahidə Şurasının sədri Mətin Eynullayevin sədrliyi ilə keçirilən iclasda “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan cari məsələlər, o cümlədən yeni korporativ strukturun təsdiq edilməsi, investisiya layihələrinin texniki, hüquqi və maliyyə ekspertizasının həyata keçirilməsi və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.
Bundan başqa, Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində yeni sınaq laboratoriyasının fəaliyyətinin təşkili, metal filizlərinin hasilatı və istehsalı bağlı yeni hədəflər müzakirə olunub.
İclasda, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə QSC tərəfindən cari ilin ötən dövrü ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.