“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım göndərib.
“AzerGold” 2022-ci ildə qızıl hasilatını 1%, satışını - 5,5% ARTIRIB
FED.az xəbər verir ki, faciədən zərər çəkmiş şəxslərin, eləcə də xilasedici heyətin zəruri ehtiyaclarının qarşılanması məqsədilə generator, elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün isti geyim dəstləri, yataq ləvazimatları və s. mal və avadanlıqlar Heydər Əliyev Fondunun xətti ilə fəlakət zonasına göndərilməsi üçün aidiyyəti üzrə təqdim edilib.
«AzerGold»da 2022-ci ilin yekunları və qarşıdaкы vəzifələrə dair - MÜŞAVİRƏ KEÇİRİLİB
Qeyd edək ki, 6 fevral 2023-cü il tarixində çoxsaylı insan tələfatı və dağıntılarla müşayiət olunan təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə qardaş Türkiyəyə könüllü humanitar dəstək tədbirlərinin göstərilməsinə başlanılıb. Bu nəcib çağırışa yüzminlərlə vətəndaş, müxtəlif dövlət və özəl müsəssisələr, o cümlədən vətəndaş cəmiyyəti institutları qoşulublar.
Daşkəsən dəmir filizi yataqlarının - Rezervi Ciddi Artırılıb
“AzerGold” QSC faciə ilə əlaqədar qardaş Türkiyə dövlətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, dağıntılar altında qalmış insanların tezliklə xilas olmasını, zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.