Azərbaycanlı Famil Sadıqov "Qazprom" İctimai Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.
FED.az xəbər verir ki, Sadıqov sədrin maliyyə-iqtisadi məsələləri üzrə müavini olacaq. Sadıqovdan öncə bu vəzifəni Andrey Kruqlov yerinə yetirib. Kruqlov digər vəzifəyə təyin olunmağı ilə əlaqədar bu vəzifədən azad edilib.
Qeyd edək ki, Sadıqov 2009-2019-cu illərdə “Qazprombank”ın İdarə Heyətinin sədrinin müavini, bundan əvvəl isə Federal Xəzinədarlığın rəhbər müavini, Rusiya vergilər və rüsumlar nazirinin müavini olub.
F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub.
Eləcə də bax: 140 dövlət müəssisəsinin 10 milyon manatadək vergi borcu silinə bilər