Azərbycan və Türkiyə yeni birgə silah istehsalına başlayacaq. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Mexanika və Kimya Sənayesi Təşkilatının(TMKST) Direktor köməkçisi Akif Akgül bildirib.
Onun sözlərinə görə Azərbaycanın Müdafiə Sənayesi nazirliyinin rəsmiləri ilə görüşdə TMKST ilə uzunmüddətli marketinq və birgə istehsal fəaliyyətini təklif alıblar: «Hesab edirəm ki, biz bununla bağlı işə başlayacağıq. TMKST-in Azərbaycanın keçmişdən gələn varlığı daha da gücləncək»-deyə A.Akgül bildirib.
Türkiyənin Mexanika və Kimya Sənayesi Təşkilatı silah, döyüş sursatı, partlayıcı maddə, maşın, avadanlıq və materialların istehsalında mühüm əhəmiyyətini nəzərə alaraq Bakıda keçirilən 3-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX 2018), mühimmat və silah sistemləri ilə əlaqədar məhsullar təqdim edib.
Bir qədər əvvəl TMKST Azərbaycana «Fırtına» avtomobilləri satmağa cəhd edib amma buna görə, ixrac icazə ala bilməyib», - deyə Akgül bildirib.
Akgül, Azərbaycanda köhnə Sovet silah sistemlərinin Qərb sistemlərinə çevirmək üçün səylər göstərdiyini və Türk firmalarının bu prosesdə ciddi mənfəət əldə edə biləcəyini bildirib.
Azərbaycanla birgə silah istehsal edəcək – GÖRÜŞLƏR BAŞLAYIB
12:01
29 Sen 2018