13 dekabr 2021-ci il saat 11.00 –da “Avtomatikaquraşdırma” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsindəki 3121-ci məhəllədə “Avtomatikaquraşdırma” ASC-nin inzibati binasında keçiriləcəkdir. Əgər pandemiya ilə əlaqədar sərt qapanma şəraiti olarsa , o zaman yığıncaq 050-216-48-64 nömrəli whatsapp proqramı vasitəsilə görüntülü keçiriləcəkdir. Qeydiyyatdan keçmək üçün bu nömrə ilə əvvəlcədən əlaqə saxlamaq xahiş edilir.
Yığıncağın gündəliyi:
1. “Avtomatikaquraşdırma” ASC-nin nizamnaməsində dəyişikliklərin edilməsi.
2. “Avtomatikaquraşdırma “ ASC-nin müşahidə şurası üzvlərinin seçilməsi.
3. “Avtomatikaquraşdırma” ASC-nin maliyyə-təftiş komissiyasının üzvlərinin seçilməsi.
Qeyd edək ki, “Avtomatikaquraşdırma” ASC 2003-cü ildə qeydiyyata alınıb, nizamnamə kapitalı 137 666 manatdır və qanuni təmsilçisi Eldar Seyidovdur.