Azərbaycanın və Polşanın iqtisadi zonaları arasında Anlaşma Memorandumu imzalanıb.
Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı - YENİ SƏRƏNCAM
FED.az xəbər verir ki, sənəd Ələt Azad İqtisadi Zonasının (AİZ) idarəetmə heyətinin sədri Valeh Ələsgərov və Vаlbjiх şəhərindəki "INVEST-PARK" xüsusi iqtisadi zonanın direktoru Mariuş Tomçak tərəfindən imzalanıb.
Qeyd edək ki, həmçinin Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair protokol da imzalanıb.
Xatırladaq ki, bu gün Bakı şəhərində Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. İclasda iki ölkənin müxtəlif dövlət strukturlarının nümayəndələri iştirak ediblər. (Trend)