“Bakı Tekstil Fabriki” MMC Azərbaycan istehsalı olan – yerli brend tekstil məhsullarının Avropa bazarına ixrac imkanlarını artıracaq.
Eləcə də bax: KOB-un keçirdiyi qrant müsabiqəsinin nəticələri - AÇIQLANIB
FED.az xəbər verir ki, “Bakı Tekstil Fabriki” MMC Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş 2-ci qrant müsabiqəsinin qalibidir. Şirkətə 20 min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.
“Bakı Tekstil Fabriki” alacağı vəsaiti fabrik tərəfindən istehsal olunan tekstil məhsullarının Avropa bazarına ixrac qabiliyyətinin artırılması üçün tələb olunan sertifikatların alınmasına və bunun üçün istehsal prosesinin təkmilləşdirilməsi, işçilərin bacarıqlarının və səriştəsinin artırılmasına sərf edəcək. (Marja)