2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 6,2 milyon dollarlıq siqaret ixrac edilib.
Azərbaycan siqaretin qutusunu xaricə 25-35 qəpiyə satır – YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün mart sayına istinadən xəbər verir.
Xatırladaq ki, 2025-ci ilin iki ayında Azərbaycandan 1,6 milyon dollar dəyərində siqaret ixrac edilib ki, bu da illik müqayisədə ixracın 4 dəfəyə yaxın artması deməkdir.













