İndiyə qədər Azərbaycanın sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb.
"Qarabağda yerləşən sənaye zonalarına investisiya qoyuluşu 100 mln manata yaxınlaşıb"
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter"dəki səhifəsində bildirib.
"2022-ci ildə bu müəssisələr ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satıb ki, bunun da 1 milyard manatı ixracın payına düşüb. 2021-ci illə müqayisədə satış 20,6 %, ixrac isə 10,1 % artıb. Sənaye zonalarında 10 400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur", - deyə o qeyd edib.