Bu ilin ilk rübündə Azərbaycanda sənaye zonaları tərəfindən 662,7 mln. manat dəyərində məhsul satılıb və bu məbləğin 304,1 mln. manatı ixracın payına düşüb.
Eləcə də bax: Azərbaycanda qablaşdırma sənayesinin əsas problemləri - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir əlavə edib ki, sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 81,4%, ixrac isə 153,2% artıb. (Apa)