Azərbaycanın hərbi hava qüvvələrinə aid "Su-25" təyyarələrinin modernləşdirilməsi üzrə layihənin birinci mərhələsi başa çatıb.
Azərbaycan yeni snayper silahları istehsal edib
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TÜSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu bildirib.
O deyib ki, təyyarələrin əksəriyyəti üzrə modernləşdirilmə işləri Bakıda aparılacaq, bir təyyarə üzrə proses Ankarada həyata keçiriləcək:
"Bu layihə həm Azərbaycanın müdafiə sənayesi, həm də ekosistemi üçün önəm kəsb edir. Növbəti mərhələdə isə HÜRKUŞ təyyarələrini təlim məqsədi ilə Azərbaycana gətirəcəyik. Eyni zamanda Azərbaycan hərbi pilotlarının Ankarada təlimlərə cəlbi də nəzərdə tutulur. Bu istiqamətdə işlər uğurla davam etdirilir. Qarşıdakı aylarda bu proses tam yekunlaşdırılacaq. "Kaan" tipli V nəsil təyyarələrin Azərbaycana verilməsi üzrə danışıqlar davam etdirilir. Biz Azərbaycanın bu istiqamətdə ehtiyaclarını təmin etməyi düşünürük. Bu layihə ilkin mərhələdə olduğuna görə hər hansı konkret fikir söyləmək çətindir. Layihənin 2030-cu ilədək davam etdirilməsi nəzərdə tutulur". (Apa)